Ermənistan tərəfi Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşünün Moskvada keçirilməsinin tərəfdarıdır. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ermənistan tərəfi iki ölkənin xüsusi nümayəndələrinin ilk görüşünün Moskvada təşkil edilməsinin tərəfdarıdır”, - deyə o, bu gün bildirib.
Türkiyədən xüsusi nümayəndə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistandan isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.*