Bakı Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasını tam dəstəkləyir, çünki bu, regional əməkdaşlığın inkişafına töhfə verir. İkitərəfli münasibətlərin qurulması yalnız beynəlxalq hüquq əsasında həyata keçirilə bilər. Azərbaycan və Türkiyə hər zaman beynəlxalq hüququ əsas götürüb, Ermənistan isə yox”, - deyə nazir bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Bakı Ankaranın bununla bağlı mesajlarını, o cümlədən sözügedən prosesin Azərbaycanla koordinasiya edilməklə baş verəcəyi ilə bağlı bəyanatını yüksək qiymətləndirir.*
X.Nəsirzadə