Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) zəmanəti ilə sahibkarlara 248 milyon manat məbləğində kredit verilib.
“Cari il ərzində zəmanət verilmiş kreditlərin orta məbləği 722 min manat, orta müddəti 32 ay təşkil edib.Ümumilikdə, bugünədək Fondun zəmanəti ilə sahibkarlara müvəkkil banklar tərəfindən verilən kreditlərin məbləği 248 milyon manat təşkil edib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 3,3 mindən çox yeni iş yerinin açılmasına şərait yaradılıb”, - deyə İKZF-nin məlumatında bildirilir.
Bundan başqa, dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Fond tərəfindən 2019-2021-ci illərdə sahibkarlıq kreditlərinə hesablanmış faizlərə görə 21 milyon manat məbləğində subsidiyanın verilməsi təmin edilib. Dövlət dəstəyi hesabına verilmiş subsidiyalar nəticəsində borcalanlara verilmiş sahibkarlıq kreditləri üzrə orta illik faiz dərəcəsi 6,5%-dək azaldılıb.
“Fond tərəfindən 2022-ci ildə də sahibkarların banklardan manatla aldıqları kreditlər üzrə hesablanmış faizlərə görə Fond tərəfindən subsidiya dəstəyinin tətbiqi davam etdiriləcək”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə