Azərbaycanda koronavirus infeksiyasına 306 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 614 min 936-ya çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 511 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 308 nəfərə çatıb.
Virusa yoluxmuş 595 min 658 nəfər (sutka ərzində +560) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 970 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 482 (ötən gün 9 min 328 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 825 min 190 test aparılıb.*
B.Rüstəmbəyov