“Roskosmos” Dövlət Korporasiyası azad edilmiş ərazilərin (Qarabağ və Şərqi Zəngəzur) bərpası və kosmik sahələrdə Azərbaycana yeni birgə layihələr təklif edir. Bu barədə “Roskosmos”un rəhbəri Dmitri Roqozin məlumat verib.
“Azərbaycanın dirçələn şəhərləri üçün yüngül reys nəqliyyatı təklif edirik. Biz indi çox maraqlı və gözəl tramvaylar istehsal edirik. Biz “Maqlef” sistemi istehsal edirik – bu, maqnityastığıüzərində qatarlardır. Biz onları, həmçinin tibbi avadanlığı və bir çox avadanlığı Azərbaycana tədarük etməyə hazırıq. Buna görə, demək istərdim ki, hətta bircə “Roskosmos” Azərbaycan iqtisadiyyatı üçün çox vacib tərəfdaş ola bilər”, - Roqozin Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
O, həmçinin məlumat verib ki, “Roskosmos” Azərbaycanın kosmik agentliyi ilə birlikdə kosmosdan Yerin distansiyadan zondla tədqiq edilməsi sahəsində fəaliyyət həyata keçirməyi planlaşdırır.
Bundan əlavə, Roqozin hesab edir ki, Azərbaycan kosmik aparatların orbital qrupunu yaratmalıdır və Rusiyanın dövlət korporasiyası öz təcrübəsi ilə bölüşməyə və bütün zəruri dəstəyi göstərməyə hazırdır.
“Bizim, prinsipcə Azərbaycanın maraqlarına uyğun olaraq, yaradılan kosmik aparatlarımız var, lakin artığını etmək olardı, biz bu sahədə daha sıx əməkdaşlıq təklif edə bilərik, kosmik aparatların yaradılması və kosmik foto və videoçəkilişlər üzrə birgə operator kosmik xidmətlərin yaradılması ilə əlaqədar, buna görə, qeyd etmək lazımdır ki, bunun üçün Azərbaycanın resursları da var”, - o qeyd edib.
Roqozin vurğulayıb ki, “Roskosmos” nəinki kosmik, həm də enerji, nəqliyyat və səhiyyə sahələrində Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Telekanalın məlumatına görə, yaxın zamanda Roqozin Bakıya səfər etməyi və Azərbacan prezidenti İlham Əliyevləı görüşməyi planlaşdırır. **
N.Abbasova