Qarabağda Rusiya sülhməramlı kontingenti düşmən tərəflərin ayrılması üzrə mürəkkəb vəzifələri həll ediblər və hazırda regionda plana uyğun profil vəzifələr həll olunur. Bu barədə RF-nin müdafiə naziri Sergey Şoyqu məlumat verib.
“Sülhməramlı qüvvələrimizin daxil eduilmısi ilə biz orada vəziyyəti sakitləşdirə bildik və hazırda plana uyğun işlərin icrası üzrə addımlar atılır. İndi bunu artıq planlı adlandırmaq olar. Bu regiona tədricən dinc həyat qayıdır. Orada sülh və sakitlik artmaqdadır”, - Şoyqu bildirib.
Onun sözlərinə görə, “bu məsələdə tibbi yardım, humanitar yardım göstərməklə məşğul olanların xidmətləri çoxdur”.
“Və əlbəttə ki, postlarda fasiləsiz duran sülhməramlıların xidmətləri çoxdur”, - nazir dyib.
O “bu dövr ərzində Qarabağda, Suriyada, xaricdəki bazarlarda xidmət çəkən bütün komandirlərə, hərbi qulluqçulara, sıravi əsgələrə, serjant heyətinə” təşəkkürünü bildirib. **