Azərbaycan hökuməti “omicron" ştamının yayılması riskinə görə quru sərhədlərini açmağı planlaşdırmır. Bu barədə Azərbaycan Respublikası prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bəyan edib.
2020-ci ilin mart ayından etibarən Azərbaytcanın quru sərhədləri bağlıdır.
“Omicron” ştamının yayılması şəraitində Azərbaycanın quru sərhədlərinin açılması məsələsi hazırda müzakirə edilmir”, - Mövsümov bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti kovid pasportu və immunitet sertifikatının müddəti ilə bağlı məhduiyyətlər tətbiq edir.
“15 fevral 2022-ci il tarixindən etibarən kovid pasportlarının müddəti 6 ay təşkil edəcək. Yəni, ikinci dozadan yarım il keçdikdən sonra kovid pasportunun müddəti bitəcək”, - o qeyd edib.
Eyni zamanda, o bildirib ki, kovid pasportunun müddətini uzatmaq məqsədilə buster doza vurulmalıdır. “Buster dozadan sonra vaksin sertifikatı müddətsiz olur. Bu, əldə olan son epidemioloji məlumatlara əsaslanır. Ola bilsin ki, gələcəkdə buster dozadan sonra da hansısa müddət məhdudiyyəti tətbiq edilsin”, - Mövsümov əlavə edib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan hökuməti maska rejimini yumşaltmağı planlaşdırmır. **
E.Şəfiyev