Azərbaycanda koronavirus infeksiyasına 376 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 615 min 312-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 306 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 324 nəfərə çatıb.
Virusa yoluxmuş 596 min 545 nəfər (sutka ərzində + 887) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 10 min 443 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 min 784 (ötən gün 6 min 482 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 832 min 974 test aparılıb.**
X.Nəsirzadə