Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9217 manat/1EUR səviyyəsində (dekabrın 28-nə 1,9256 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,023 manat/1RUB səviyyəsində (dekabrın 28-nə 0,0231 manat/1RUB) müəyyən edib.*
X.Nəsirzadə