“Azimut” aviaşirkəti 2022-ci il yanvarın 21-dən Rostov-na-Donu-Bakı reysi üzrə uçuşlar həyata keçirməyə başlayacaq. Bu barədə aviadaşıyıcının mətbuat xidmətindən məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, uçuşların həftədə 1 dəfə - cümə günü yerinə yetirilməsi planlaşdırılır.
Hazırda Mineralnıye Vodıdan Bakıya uçuşlar həyata keçirilir.
Xəbər verildiyi kimi, “Azimut” aviaşirkətinin 2021-ci ilin iyun ayında Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya planlaşdırılan reysləri qeyri-sabit epidemioloji vəziyyətlə əlaqədar Azərbaycanın aviasiya hakimiyyəti orqanlarının qərarı ilə ləğv edilmişdi.*