Azərbaycan hökuməti 2021-ci ildə İraq və Suriyadan 81 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəyə gətirilməsini təmin edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“İraq Respublikası və Suriya Ərəb Respublikasının qaçqın düşərgələri və həbsxanalarında saxlanılan 81 nəfər (69-u uşaq və 12-si qadın olmaqla) Azərbaycan Respublikası vətəndaşı repatriasiya edilib”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev