Azərbaycan Ordusunda COVID-19 əleyhinə birinci doza üzrə 88% hərbi qulluqçuya peyvənd vurulub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə məlumat verib.
“Hərbi qulluqçuların 88%-nə birinci, 72%-nə ikinci, 8%-nə isə üçüncü doza peyvənd vurulub”, - deyə o bildirib.
A.Eyvazov əlavə edib ki, qeydə alınmış hər bir COVID-19-a yoluxma halı ilə əlaqədar dərhal epidemioloji müayinə və dezinfeksiya işləri aparılır.*
E.Şəfiyev