Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq.
Bununla bağlı bənd Prezident İlham Əliyevin imzaladığı “Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi haqqında” Fərmanda nəzərdə tutulub. Sənədin mətni dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi altsistemin formalaşdırılmasını 2022-ci il iyulun 1-dək təmin etməlidir.
Bundan başqa, Nazirlər Kabinetinə dövlət icbari şəxsi sığorta sahəsində vahid qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.*
A.Salayeva