Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Dekabrın 30-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9265manat/1EUR səviyyəsində (dekabrın 29-na 1,9217 manat/1EUR) müəyyən edilib.
AMB dekabrın 30-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0229 manat/1RUB səviyyəsində (dekabrın 29-na 0,023 manat/1RUB) müəyyən edib.**