RF prezidenti Vladimir Putin qarşıdan gələn 2022-ci il münasibətilə Azərbaycan prezideti İlham Əliyevə təbrik teleqramı ünvanlayıb.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Putin təbrikində qeyd edib ki, başa çatmaqda olan ildə Moskva və Soçidə Əliyev ilə keçirilən görüşlər “Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmliyini tam mənada təsdiq etdi”.
Kremlin saytında dərc olunan təbrik teleqramında həmçinin Rusiya-Azərbaycan əlaqələrinin bütün kompleksinin gələcəkdə inkişafı üzrə konstruktiv dialoqun və sıx birgə fəaliyyətin davam edəcəyinə ümid ifadə olunub. Teleqramda vurğulandığı kimi, bu, iki dövlətin xalqlarının əsas maraqlarına cavab verir. **
R.Əhmədov