Prezident İlham Əliyev Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Migel Dias-Kanel Bermudesi təbrik edib.
“Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir”, - deyə Azərbaycan Prezidentinin saytında dərc olunmuş təbrik məktubunda qeyd olunur.
İ.Əliyev Kuba Prezidentinə ən xoş arzularını yetirib, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.*