Dekabrın 29-da Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində təmir işləri aparılan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Bu barədə Baş Prokurorluğun Facebook səhifəsində məlumat verilib.
“Nəticədə ekskavatora ziyan dəyib, sürücü Vurğun Məmmədov xəsarət almayıb”, - deyə məlumatda bildirilir.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.*