Azərbaycanda 4,6 milyondan artıq şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Yanvarın 2-nə olan məlumata görə, 5 milyon 169 min 401 nəfər birinci, 4 milyon 676 min 609 nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Buster doza vaksin vurduranların sayı isə 1 milyon 500 min 275 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 11 milyon 346 min 285 təşkil edir.
2021-ci il noyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 150 min 713 nəfərdir. Beləliklə, yanvarın 2-nə əhalinin 46%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva