Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.
“Beynəlxalq mövzulara, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub. Tərəflər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb”, - deyə məlumatda qeyd olunur.*