Azərbaycan Ordusunun əsgəri Yusif Eyniyev Kəlbəcər rayonu ərazisində piyada əleyhinə minaya düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
Məlumata görə, insident yanvarın 2-də Kəlbəcər rayonunun Bağlıpəyə yaşayış məntəqəsi istiqamətindəbaş verib.
Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib.
Baş Prokurorluğun mətbuat xidmətindənməlumat verilir ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır. **
N.Abbasova