Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin Twitterdəki rəsmi hesabındakı paylaşımda bildirilir.
“Azərbaycan BMT Baş Assambleyasının Peyvənd Bərabərliyi ilə bağlı Yeni il qətnaməsini dəstəkləməkdən qürur duyur və Qoşulmama Hərəkatının sədri qismində dünyanın hər yerində hər bir insan üçün təhlükəsiz, effektiv və əlçatan peyvəndləməni təmin etmək üçün qlobal səylərdə aparıcı rolunu davam etdirəcək", - məlumatda qeyd olunur.
Öz növbəsində, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahid Azərbaycanın bu təşkilatdakı daimi nümayəndəsi Yaşar Əliyevə peyvənd bərabərliyi qətnaməsinə verdiyi dəstəyə görə təşəkkür edib. **
A.Salayeva