Daxili İşlər Nazirliyi işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə nə qədər silah-sursat aşkarladığını açıqlayıb.
“Tərk edilmiş hərbi mövqelərdə 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib”, - DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilir.
Bundan əlavə, keçirilmiş tədbirlərlə işğaldan azad edilmiş ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib. **
A.Salayeva