Azərbaycanda koronavirus infeksiyasına 413 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 618 min 365-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 273 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər (ötən gün 8 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 398 nəfərə çatıb.
Virusa yoluxmuş 602 min 319 nəfər (sutka ərzində +674) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 648 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 555 (ötən gün 6 min 337 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 889 min 656 test aparılıb.**
N.Abbasova