SOCAR 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon 7,46 min ton neft ixrac edib.
Bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında deyilir.
““Transneft” şirkətinin sistemi üzrə 2021-ci ildə Azərbaycandan Novorossiysk limanına 1 milyon 7,46 min ton, dekabrda isə 84,76 min ton neft nəql olunub”, - “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi məlumatda bildirilir.
2020-ci illə müqayisədə Bakı-Novorossiysk kəməri ilə Azərbaycan neftinin ixrac həcmi 64,3% artıb.
Yanvar ayının sonunda SOCAR və “Transneft” arasında 2021-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 1 milyon tondan çox neftin nəqli haqqında müqavilə bağlanıb.
Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, SOCAR 2020-ci ildə Bakı-Novorossiysk kəməri ilə 613,29 min ton neft ixrac edib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.**
N.Abbasova