Çərşənbə günü səhər saatlarında Bakı-Ələt yolunda baş vermiş iki avtomobil qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
“Bu gün səhər saatlarında Bakı-Ələt yolunda iki yol-nəqliyyat hadisəsi vaş verib. İlk qəza nəticəsində xəsarət alan beş nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Xəsarət alanlardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb”, - Mərkəzdən qeyd ediblər.
İkinci yol qəzasında ikisi Türkiyə vətəndaşı olmaqla 3 nəfər xəsarət alıb. “Hər üç şəxsə ilkin tibbi yardım göstərilib, onların vəziyyətləri kafidir”, - Mərkəzdən vurğulanıb. **
E.Şəfiyev