Dövlət Vergi Xidməti 2021-ci ilin noyabr ayında iki aqropark qeydiyyata alıb.
“Noyabrın 19-da vergi orqanları tərəfindən “Xaçmaz Aqropark” MMC qeydiyyata alınıb. Cəmiyyətin nizamnamə kapitalı 6,7 milyon manatdır. Rəsmi nümayəndə - Mirrəhman Ağazadədir”, - “İnterfaks-Azərbaycan”a Xidmətdən məlumat verilib.
Bundan əlavə, noyabrın 26-da vergi orqanları tərəfindən 10 min manat nizamnamə kapitalı ilə “Fructus Aqropark” MMC qeydiyyata alınıb. Rəsmi nümayəndə - İqbal Əliyevdir. **
B.Rüstəmbəyov