2021-ci ildə dünya bazarında “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti $71,6 təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O vurğulayıb ki, 2020-ci ildə “Azeri Light” (CIF) markalı neftin 1 barelinin orta qiyməti 43,7 ABŞ dollarına bərabər olub.
Beləliklə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci illə müqayisədə 27,09 dollar və ya 63,8% bahalaşıb.
“Azeri Light” markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə SOCAR-ın payı 25% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında müqavilədə iştirak payından asılı olaraq bölüşdürülür.
Azərbaycanda hasil edilən neftin 2/3 hissəsi AÇG-nin payına düşür.**
N.Abbasova