Dövlət Vergi Xidməti tərəfindən 1,53 milyon manat nizamnamə kapitalı ilə “Sara Logistics”MMC qeydiyyata alınıb.
“MMC-nin rəsmi nümayəndəsi Xaliq Məmmədovdur”, - “İnterfaks-Azərbaycan”a Xidmətdən məlmat verilib. Cəmiyyət 18 noyabr 2021-ci ildə qeydiyyatdan keçib.
Bundan əlavə, DVX 380 min manat nizamnamə kapitalı ilə “RN Fizioterapiya və reabilitasiya Mərkəzi” MMC-ni qeydiyyata alıb. Rəsmi nümayəndə Ramazan Nəsirlidir.
Mərkəz 19 noyabr 2021-ci il tarixində qeydiyyatdan keçib.
Həmçinin, DVX 20 min manat nizamnamə kapitalı ilə «Quadra Servis» MMC-ni qeydiyyata alıb. Cəmiyyətin rəsmisi Füzuli Qasımovdur. Şirkət 23 noyabr 2021-ci ildə qeydiyyatdan keçib. **
X.Nəsirzadə