Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin deabr ayında valyuta hərraclarında $989,1 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin noyabr ayında valyuta hərraclarında $853,6 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, dekabr ayında xarici valyuta satışının həcmi noyabr ayı ilə müqayisədə 15,9% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon (2020-ci illə müqayisədə azalma 14,58,6% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb. 2020-ci ildə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar xarici valyutaya tələbatın artması müşahidə olunub və bu səbəbdən Azərbaycan əhalisi arasında ajiotaj yaranıb. ARDNF milli valyutanın devalvasiyasına yol verilməməsi və mövcud tələbatın ödənilməsi məqsədilə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda xarici valyutanın satış həcmini artırıb.**
R.Əhmədov