Çərşənbə günü “Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatı şəhərinə (Qazaxıstan) həyata keçirilən reyslərin ləğv edilməsi barədə məlumat verib.
“AZAL Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib”, - aviaşirkətin mətbuat xidmətindən məlumat verilir.
Aviaşirkətdən qeyd olunub ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.
“Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi”, - aviaşirkətdən vurğulanır. **
R.Kərimov