Çərşənbə günü baş vermiş yol qəzası nəticəsində Azərbaycanın iki hərbi qulluqçusu yüngül xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bu gün saat 17.40-da hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb. Qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur”, - məlumatda vurğulanır.
Eyni zamanda, MN sosial şəbəkələrdə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə yayılan məlumatı təkzib edib.
“Bu məlumat həqiqəti əks etdirmir», - Müdafiə Nazirliyindən qeyd ediblər. **
R.Kərimov