2020-ci il noyabrın 10-dan Qarabağda və Şərqi Zəngəzurda 6,7 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
“2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 30-dək ümumilikdə 6 min 777 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 10472 ədəd piyada əleyhinə, 4775 ədəd tank əleyhinə mina və 13214 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə