Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bayramov və Çavuşoğlu Qazaxıstandakı vəziyyəti müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.*
E.Şəfiyev