Buğdanın idxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla Azərbaycanda 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat məbləğində ($21,12) müəyyən edilib. Bu barədə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamada deyilir.
Beləliklə, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 65 qəpik həddində müəyyən edilib.
“Dövlət Xidməti qiymət hədlərinə əməl olunması üzrə ciddi nəzarət tədbirlərini davam etdirir. İlk günlərin monitorinqlərinin nəticələrinə əsasən, unun topdansatış qiyməti 35,4- 35,9 manat arasında dəyişir”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov