Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş məlumata görə, tərəflər Qazaxıstandakı vəziyyəti və yanvarın 12-də keçiriləcək NATO-Rusiya Şurasının iclasına hazırlıq məsələsini müzakirə ediblər.
Nazirlər 2021-ci il dekabrın 10-da Moskvada Cənubi Qafqazda vəziyyətin normallaşdırılması və əməkdaşlığın inkişaf etdirilməsi üzrə “3+3” formatında ilk görüşü müsbət qiymətləndiriblər.
“Növbəti görüşün yaxın gələcəkdə eyni tərkibdə keçirilməsi razılaşdırılıb. Lavrov Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması səylərini dəstəklədiyini ifadə edib”, - deyə məlumatda qeyd olunur.*