Azərbaycan Ordusunun hərbi qulluqçuları 2022-ci ildə 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır. “Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək”, - deyə məlumatda bildirilir.
Bundan başqa, cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.*
E.Şəfiyev