Azərbaycanda koronavirus infeksiyasına 584 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 619 min 502-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 553 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 422 nəfərə çatıb.
Virusa yoluxmuş 603 min 906 nəfər (sutka ərzində +851) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 174 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 44 (ötən gün 9 min 527 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 911 min 227 test aparılıb.*
E.Şəfiyev