Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 7-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 7-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,923 manat/1EUR səviyyəsində (yanvarın 6-na 1,923 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 7-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0224 manat/1RUB səviyyəsində (yanvarın 6-na 0,0221 manat/1RUB) müəyyən edib.**
B.Rüstəmbəyov