DOST Agentliyi Bərdə DOST Mərkəzinin və Bərdə Peşə Hazırlığı Mərkəzinin tikintisi və müxtəlif təchizatı işlərinin həyata keçirilməsinə “AzTEx GONSTRUCTiON" MMC və "AVALON-12" QSC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verib ki, şirkətlərlə imzalanmış müqavilənin dəyəri 12 milyon 717,844 min manatdır.
Hazırda Azərbaycanda 5 DOST Mərkəzi (4-ü Bakıda, 1-i Abşeron rayonunda) fəaliyyət göstərir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2025-ci ilədək 17 DOST Mərkəzi yaratmağı planlaşdırır. Regional DOST mərkəzləri ilə bərabər, ətraf şəhər və rayonlarda onların filalları da yaradılacaq. Hazırda Gəncə, Sumqayıt şəhərlərində, Bərdə, Quba, Masallı, Şəki və Sabirabad rayonlarında DOST mərkəzlərinin açılması üçün layihələndirmə-tikinti işləri aparılır.**
X.Nəsirzadə