2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş əraziləri – Qarabağ və Şərqi Zəngəzurda müxtəlif strukturlar tərəfindən 20 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdantəmizlənib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bəyan edib.
“İşğaldan azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçilir. 2021-ci il ərzində ümumilikdə 20 165 ha ərazi təmizlənib, 41,503 min ədəd mina və partlamamış hərbi sursat aşkar edilib”, - Süleymanov Agentliyin mətbuat xdmətinə müsahibəsində bildirib.
Bundan əlavə, Agentliyin sədri qeyd edib ki, ötən il ərzuində kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 1 981 ha, məskunlaşma üçün nəzərdə tutulan ərazilərin təmizlənməsi üzrə 1 373 ha, nəqliyyat infrastruktur layihələri üzrə 1 618 ha, enerji xətlərinin çəkilməsi üçün 586 ha və 644 ha ərazi digər layihələr üzrə təmizlənərək təhvil verilib.
Xəbər verildiyi kimi, 2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 30-dək ümumilikdə 6 min 777 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Bu dövr ərzində 10472 ədəd piyada əleyhinə, 4775 ədəd tank əleyhinə mina və 13214 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. **
X.Nəsirzadə