Azərbaycanda koronavirus infeksiyasına 630 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 620 min 679-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 547 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər (ötən gün 9 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 437 nəfərə çatıb.
Virusa yoluxmuş 605 min 58 nəfər (sutka ərzində +521) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 184 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 262 (ötən gün 11 min 139 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 933 min 628 test aparılıb.**