Azərbaycanda koronavirus infeksiyasına 555 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 621 min 234-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 630 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər (ötən gün 6 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 8 min 445 nəfərə çatıb.
Virusa yoluxmuş 605 min 561 nəfər (sutka ərzində +503) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 7 min 228 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 395 (ötən gün 11 min 262 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 943 min 023 test aparılıb.**