Azərbaycanın Xarici İşlər Nazirliyi 10 Yanvar - Ümummilli Matəm Günü ilə əlaqədar Qazaxıstana başsağlığı verib.
“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”, - deyə XİN-in rəsmi saytında dərc olunmuş başsağlığı məktubunun mətnində bildirilir.
Yanvarın 8-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaşlar nəticəsində insan itkiləri ilə əlaqədar 10 yanvar tarixinin Qazaxıstanda Ümummilli Matəm Günü elan olunması ilə bağlı qərar qəbul edib.*
E.Şəfiyev