İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınmasına 6 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, Dövlət Agentliyi bu məqsədlə “AvroMed Company” QSC ilə iki müqavilə bağlayıb.
Müqavilələrin ümumi dəyəri 6 milyon 6 min 215,34 manatdır.*
E.Şəfiyev