“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi işçilərin tibbi və fərdi qəza sığortası xidmətləri ilə bağlı sığorta şirkəti seçib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, agentliyin elan etdiyi təkliflər sorğusunun qalibi “PAŞA Sığorta” şirkəti olub. Şirkətlə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri – 19 min 411,5 manat.
2021-ci il yanvarın 15-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” Fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. Agentliyin nizamnamə fondu 100 min manat məbləğində təsdiq edilib.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkət sığorta haqlarının yığım və ödəniş həcminə görə sığorta şirkətlərinin ilk üçlüyündə yer alır. “PAŞA Sığorta” 31 sığorta növü üzrə xidmət göstərir.*
R.Əhmədov