Baş Prokurorluq 2021-ci ildə korrupsiyaya qarşı mübarizə çərçivəsində 39 milyon 224 min manat məbləğində ziyanın ödənilməsini təmin edib. Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
Ötən il korrupsiya hüquqpozmasına yol vermiş 492 şəxs barəsində 301 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 101 milyon 373 min manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Bundan başqa, cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 milyon 195 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.*
B.Rüstəmbəyov