8 noyabr - Zəfər günü münasibətilə 10943 nəfər barəsində amnistiya tətbiq edilib. Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində məlumat verilib.
6049 şəxs barəsində müvafiq prokurorların razılığı ilə cəzaları icra edən qurumlar tərəfindən, 4053 nəfər barəsində prokurorların iştirakı ilə məhkəmələr tərəfindən, 119 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 722 nəfərə isə digər qurumlar tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq edilməklə şəxslər cəzadan və ya cinayət məsuliyyətindən azad edilib, cəzaları azaldılıb.
Milli Məclisin 5 noyabr 2021-ci il tarixində keçirilən plenar iclasında 8 noyabr – Zəfər Günü münasibətilə Amnistiya Aktı qəbul edilib.
Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü əsasında Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümünə həsr olunub və 17 min nəfərə yaxın şəxsi əhatə edəcəyi gözlənilir.*
B.Rüstəmbəyov