Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda layihələrin həyata keçirilməsinə 34 milyon avro məbləğində kredit ayırıb.
“2021-ci ildə AYİB Azərbaycanda 8 layihənin həyata keçirilməsinə 34 milyon avro kredit ayırıb”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Maliyyələşdirilən layihələr özəl sektorun payına düşüb.
2020-ci ildə bank respublikada 6 layihənin maliyyələşdirilməsi üçün 17 milyon avro kredit ayırıb.
2017-2021-ci illərdə Azərbaycanın dövlət və özəl sektorlarında 33 layihənin maliyyələşdirilməsi üçün AYİB tərəfindən 828 milyon avro məbləğində vəsait ayrılıb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 178 layihənin maliyyələşdirilməsi üçün 3,3 milyard avro ayırıb. Bankın Azərbaycandakı layihələr üzrə cari portfeli 801 milyon avro təşkil edir.*
A.Əzizov