2022-ci ildə Azərbaycanda kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında deyilir.
Turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulur.
Layihə Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar 2022-ci ilin 28 yanvar tarixinədək müraciət edə bilərlər.
Qeydiyyat linki:https://forms.gle/m7dpQKdS5Lypft6a8*
B.Rüstəmbəyov