Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumatı təkzib edib.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır”, - deyə nazirliyin açıqlamasında bildirilir.
Vurğulanıb ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.*
E.Şəfiyev